Sizin yükünüz, bizim məsuliyyətimiz!
Biz qlobal logistika həlləri ilə işinizi asanlaşdırırıq və yükünüzü təhlükəsiz şəkildə çatdırırıq.

Təklif etdiyimiz xidmətlər
Müasir logistika texnologiyalarımız sayəsində sizə etibarlı və operativ xidmət təklif edirik.
Gömrük rəsmiləşdirilməsi
Tez və etibarlı gömrük rəsmiləşdirilməsi.
Gömrük bəyannaməsinin tərtibi
Bəyannamələrin hazırlanması və düzgün təqdimatı.
Çin-Azərbaycan FTL və LTL şərtləri ilə yük daşımaları
Çindən Azərbaycana yük daşımaları xidməti.
ABŞ-Azərbaycan FCL və LCL şərtləri ilə yük daşımaları
ABŞ-dan Azərbaycana yük daşımaları xidməti.
Avropadan və Türkiyədən FTL və LTL şərtləri ilə yük daşımaları
Avropa və Türkiyədən yük daşımaları xidməti.
Aviadaşımalar
Beynəlxalq hava yük daşımaları xidməti.
Xidmətlər
Dəmiryol nəqliyyatı ilə yük daşımaları böyük məsafələrə yük daşıyan şirkətlər üçün optimal seçimdir. Bu üsulun bir sıra üstünlükləri var – aşağı qiymət və iri yük partiyalarının eyni zamanda göndərilməsi mümkünlüyü.
Məlum olduğu kimi, Çin və Orta Asiya ölkələrindən Avropa istiqamətində hərəkət edən böyük həcmdə yük quru ilə daşınma ilə yanaşı, həm də dəniz vasitəsilə nəql edilir. Şirkətimiz hər ay dəniz yolu ilə (Xəzər dənizi, Qara dəniz) böyük miqdarda yük göndərir ki, bu da tariflərdə böyük endirimlər əldə etmək və müştərilərimizə keyfiyyətli və rəqabət qabiliyyətli servis təklif etmək imkanı verir.
Dəmir yolu, dəniz və avtonəqliyyat. Şirkət dünyanın müxtəlif ölkələrindən Qara və Xəzər dənizi limanları, MDB ölkələri, Avropa, Asiya, Afrika, Şimali Amerika, Cənubi Amerika dəhlizləri üzərindən beynəlxalq konteyner daşımaları (idxal, ixrac, tranzit) yerinə yetirir. Şirkət şəxsi dəmiryol hərəkət tərkibinə sahibdir və icarəyə götürülmüş hərəkət tərkibindən istifadə edir ki, bu da daşımanı ən sərfəli tariflərlə, müəyyən edilmiş müddətdə operativ və vaxtlı-vaxtında yerinə yetirməyə imkan verir.
Hava nəqliyyatı beynəlxalq daşımalarda istifadə olunan ən sürətli nəqliyyat növüdür. Eyni zamanda daşınma zamanı bütün məhsulların digər daşıma növləri ilə müqayisədə daha təhlükəsiz daşınmasını təmin edir. Yüklərinizi təhlükəsiz, operativ və sürətli şəkildə çatdırırıq.
Avtomobil nəqliyyatı ilə yükdaşıma ən çox istifadə olunan beynəlxalq daşıma növlərindən biridir. Beynəlxalq yükdaşımalarda peşəkar heyətimiz ilə sürətli və keyfiyyətli xidmət təklif edirik.
Ümumi, konteyner və layihə yüklərinin multimodal daşınmalarını həyata keçiririk. Müxtəlif nəqliyyat növlərindən istifadə edirik: dəmiryol, dəniz (bərələr də daxil olmaqla), avtomobil. Hərəkət tərkibinin lazımi yüklənmə stansiyasına verilməsini təmin edirik.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)